Müştəri xidməti: +99450 711 11 65

AZ | EN | RU

Şelftoker (Digər)

Şelftoker promosyon reklam məhsullarının yeniliklərindən biridir ki, üzərində qısa şüarın vurulduğu çap məhsuludur. Marketlərin rəflərərində və məhsullar olan rəflərə bərkidilmiş parlaq dizaynı ilə alıcıları cəlb edir. EXPRESSPRINT şirkətin təcrübəli dizaynerləri tərəfindən hazırlanmış standart və ya orijinal istənilən formada bu tip çap məhsullarının istehsalını təklif edir. İstehsalın peşəkar avadanlıqlarla təchiz edilməsi sayəsində şelftokerləri yüksək keyfiyyətlə, stabil rəng təsvirilə istehsal olunur.

Şelftoker ən çox pərakəndə satışda istifadə olunur və burada məhsula potensial alıcı cəlb edir. Onu telefon mağazalarında, kitab mağazalarında, musiqi alətləri satan mağazalarda, həmçinin apteklərdə, elektronika hipermarketlərində və s. görmək olar.

Şelftokerin üstünlükləri danılmazdır - məhsulu oxşar məhsullardan fərqləndirmək, potensial alıcıya vacib məlumatları çatdırmaq, tələbi stimullaşdırmaq və promosyonlar zamanı satışı artırmaq qabiliyyətidir.