Müştəri xidməti: +99450 711 11 65

AZ | EN | RU

Basqılı vizitkart (Vizitkart)

Basqılı vizitkart

Baqılı vizit kartları istehsalında məhsulun əsasına tətbiq olunan folqa istifadə olunur. Vizit kartları basqı metodu ilə çap etmək, demək olar ki, hər hansı bir materialdan əsas olaraq istifadə etməyə imkan verir: plastik, elit kağız, laminasiyalı kağız, məxməri kağız və s. Basqılı vizit kartları hazırlayarkən şriftlərə və loqolara folqa əlavə olunduğu üçün onlar işığı və parıltını əks etdirməyə başlayırlar ki, bu da səliqəli istifadə olunarsa gözəl effekt verə bilər. Əsas material kimi məxməri kağızdan istifadə edilirsə, o zaman belə vizit kartları üçün bir neçə folqa rəngi ilə basqı etmək mümkündür. Əslində, folqa basqılı vizit kart çapı kifayət qədər köhnə texnologiyadır, lakin müasir texnologiya və yüksək keyfiyyətli klişelər sayəsində yenə də çox təsirli və cəlbedici məhsullar əldə etməyə imkan verir.

Basqılı vizitkartların hazırlanmasında dizayn böyük əhəmiyyət kəsb edir. Qabartma olan hissə vizit kartındakı digər elementlərlə mükəmməl birləşməlidir.

Basqı üçün klişe maqnezium və ya misdən hazırlanır. Bir klişe 500.000-ə qədər məhsul çap edə bilər.

Ölçüləri millimetr: 50 x 90 mm. / 55 x 85 mm.