Müştəri xidməti: +99450 711 11 65

AZ | EN | RU
 Flayer nədir? İstifadə üsulları və növləri
20.06.2023 748
Flayer nədir? İstifadə üsulları və növləri

Flayer nədir? İstifadə üsulları və növləri

Yəqin ki, küçələrdə, müəssisələrdə üzərində məlumatlar olan düzbucaqlı kağızların paylanıldığını və yaxud da sizə verildiyini görmüsünüz. Həmin kağızlar tanıtım üsulunun bir növü olan flayerlərdir. Flayerlər müxtəlif növlərdə və formalarda hazırlanan üzərində istənilən dizayn və mətnlərlə çap olunan mətbəə məhsuludur.

Flayerlərin istifadə yerləri

Flayerlər məqsəd və istəkdən aslı olaraq müxtəlif formalarda istifadə oluna bilər. Bəzi ümumi flayer istifadə üsulları aşağıdakılardır:

•    Müəssisə tanıtımı Sizin müəssisəniz varsa və həmin yeri asan yoldan insanlara tanıtmaq istəyirsinizsə, flayerlərdən istifadə edə bilərsiniz. Bu zaman flayerin üzərinə müəssisə haqqında məlumatlar, əlaqə vasitələri dizayn olunur və onların sayəsində insanlar sizin haqqınızda məlumatlı olur.

•    Xidmət təqdimatı Müəssisənizdəki xidmətləri flayerlərdə çap etməklə müştərilərinizi xidmətinizlə tanış edə bilərsiniz.

•    Menyu Kafe və restoranlar flayerləri münasib qiymətə menyu kimi istifadə edilə bilər. Flayer menyularda digər menyular kimi qidaların şəkli və qiymətləri haqqında məlumat olur. Flayer menyuların digər menyulardan tək fərqi isə qiymətlərinin münasibliyidir. Yuxarıda qeyd etdiklərimiz flayerlərin ən çox istifadə olunduğu formalardır, lakin əlavə istənilən məqsədlər üçün də flayerlər dizayn edilib çap oluna bilər. Flayerlər hansı kağızdan hazırlanır? Flayerlər parlaq, bristol, ofset, mat daxil olmaqla istənilən kağız növündən hazırlanır. Çəkisi isə standart kampaniyaya görə 170 qram olmasına baxmayaraq, daha nazik və daha qalın kağızdan da hazırlana bilər. Flayerlərin növləri Flayerlərin növləri istifadə üsuluna görə fərqlənir. Gəlin həmin növlər və istifadə məkanları haqqında məlumatla tanış olaq.

•    Mini flayer 100*100 ölçülü olan bu flayerlərin daşınması rahat olduğu üçün tədbirlərdə və sərgilərdə ondan daha çox istifadə olunur. Həmçinin məhsullar haqqında məlumatı da mini flayerlərin ölçülərinə uyğun dizayn etmək mümkündür.

•    Standart flayerlər Ən çox istifadə olunan flayerlər 210*100 ölçülü flayerlərdir. İstənilən müssisənin flayerdən gözləntilərini qarşılayacaq bu flayerlər kampaniyaya uyğun 1000, 2500 və 5000 ədəd tirajla çap olunur.

•    A5 flayerlər Adından da göründüyü kimi A5 flayerlər A5 ölçüsündə, yəni 148*210 ölçüsündə olur. Effektiv reklam üçün bütün məlumatların və şəkillərin rahatlıqla dizayna yerləşdirildiyi bu flayerlərdən istəyə uyğun istənilən yerdə istifadə etmək olar.

•    Kəsimli flayer Kəsimli flayerlər digər növ flayerin hazır olduqdan sonra kəsilməsidir. Bu kəsimlərə flayerin yuxarı hissənin oval kəsimi, qapıdan asılqanlı kəsilməsi və yaxud da həm oval, həm də asılqanlı kəsilməsi daxildir. Qeyd edək ki, kəsimlərin fərqli olması da mümkündür. Bu zaman müştəri istəyinə uyğun bıçaq hazırlanır və həmin bıçaqla kəsilir. Sizə hansı flayerin lazım olduğunu müəyyənləşdirmək, flayer dizaynı və sifarişi üçün Flayer.az komandasına müraciət etməklə istədiyiniz növ keyfiyyətli flayerlərə münasib qiymətə sahib ola bilərsiniz.

Teqlər

# flayer

# flyer

# kəsimli flayer

# asılqan flayer

# buklet

# diklet